AZ

ABŞ vətəndaşlarından Azərbaycanı dərhal tərk etmələri istənilib İDDİA FOTO

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İddialara görə, ABŞ-nin Bakıda yerləşən diplomatik nümayəndəliyi öz vətəndaşlarına Azərbaycanı təcili tərk etməyi tövsiyə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistanın Qalampir.uz portalı "EU Daily"ə istinadən yayımladığı məlumatda bildirib.

Məlumatda bildirilir ki, vətəndaşların təxliyə səbəbi açıqlanmayıb.

Qeyd edilib ki, dplomatik nümayəndəlik rəsmi səhifəsində bu barədə heç bir paylaşım etməsə də, ictimaiyyət nümayəndələrinin sosial media hesablarında transferlə bağlı postlar yayımlanıb.

Bakıvaxtı.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, məsələ ilə bağlı nə ABŞ-nin Azərbaycandakı səfirliyi, nə də ABŞ Dövlət Departamenti rəsmi açıqlama yaymayıb. Qeyd olunur ki, bu kimi tövsiyələr adətən bir neçə gün əvvəlcədən rəsmən paylaşılır və ictimaiyyətə çatdırılır.

 Bakıvaxtı.az məsələ ilə bağlı həm ABŞ səfirliyinin, həm də Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyini işıqlandırmağa hazırdır.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
bakivaxti.az

10Mənbələr