"X" (əvvəlki “Twitter”) sosial şəbəkəsinin “Mossad”la əlaqəli olduğu iddia olunan akkauntu üzərindən yayımlanan yeni bir paylaşımda İran İslam Respublikasının Ali Dini Rəhbəri Əli Xameneinin ölümünə dair şayiələr yayılıb.
Hafta.az İsrail mediasına istinadla xəbər verir ki, “Mossad” bunu təkzib edib.
Sözügedən "X" səhifəsi, fars dilində yayımladığı “tvit”də "Biz Xameneinin ölümünə dair şayiələri kəskin şəkildə təkzib edirik. Bir daha vurğulayırıq: o sağdır!", -deyə yazıb.
Xatırladılır ki, 86 yaşlı Ali Xamenei, iyunun 26-da etdiyi bir çıxışında İsrail və ABŞ-a qarşı qələbə qazandığını iddia etdikdən sonra öz vətənində kəskin tənqidlərə məruz qalmışdı. Xameneinin məlum olmayan bunkerdə çəkilən bu çıxışı İran xalqı arasında geniş şəkildə istehza və qəzəbə səbəb olmuşdu.
Son vaxtlar ölkə daxilindəki tənqidlər daha da güclənib, çünki Xamenei İsrailin hava hücumları nəticəsində həlak olmuş yüksək rütbəli hərbi komandirlərin, o cümlədən Kəvam Süleymaninin (Qüds Qüvvələrinin komandiri) və nüvə sahəsindəki tanınmış alimlərin dəfn mərasimlərinə qatılmayıb. Bu vəziyyət. onun sağlamlığı ilə bağlı daha çox şübhələrə səbəb olub.