Mingəçevirdə yolda təmizlik işləri ilə məşğul olduğu zaman avtobus tərəfindən vurulan qadın dünyasını dəyişib.
NOCOMMENT.az unikal-a istinadla xəbər verir ki, hadisə iki gün öncə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində baş vermişdi.
Oğuz-Mingəçevir marşrutu ilə hərəkət edən sərnişin avtobusu Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətanət Hacıyevanı vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdi. Qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.