AZ

Zaqatalada yol qəzası baş verib, ölən var

Zaqatalada iki avtomobil toquşub, ölən və xəsarət alanlar var.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Hadisə zamanı üç nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
0
50
anews.az

10Mənbələr