“Qərb, eləcə də beynəlxalq aləm dünyada baş verən hər hansı prosesə münasibət bildirmək üçün gərəkli olan mənəvi haqqa sahib deyillər və bu haqqı çoxdan itiriblər”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Ekspert qeyd edib ki, Qərb davamlı şəkildə ən müxtəlif məsələlərlə bağlı siyasi moizələr oxusa da, mənəvi dəyərlərə sədaqət hissini itirib:
“Qərb siyasi məsələlərlə bağlı moizələr oxuyur, haqdan, ədalətdən, demokratiyadan danışır. Lakin dünyanın müxtəlif yerlərində baş verən hasdisələrə ədalətli münasibət sərgiləmir. Bəzi məsələlər haqqında isə ümumiyyətlə susur. Uzun illər torpaqları işğal altında qalan Azərbaycanın haqq səsinin Qərb tərəfindən dəstəklənməməsinin özü bunun ən böyük gerçəyidir. Bu və digər faktlar göstərir ki, Qərb, onun timsalında beynəlxalq aləm mənəvi dəyərlərə sədaqət hissini itirib. Buna görə də bundan sonra hansısa məsələdə beynəlxalq aləmin reaksiyasına ümid etmək mənasızdır”.
Seymur ƏLİYEV