AZ

Məhşür rusiyalı futbolçu Fyodor Smolov “Kofemaniya”da iki nəfəri döydü – VİDEO

Moskvanın mərkəzində yerləşən “Kofemaniya” kafesində tanınmış rusiyalı futbolçu Fyodor Smolovun iştirakı ilə səs-küylü dava baş verib. Hadisə yerindən yayılan videoda Smolovun iki şəxslə mübahisə etdiyi, daha sonra isə onlara yumruqla hücum etdiyi aydın görünür.

İnterpress.az Rusiya KİV-inə istinadən xəbər verir ki, mübahisə həmin şəxslərin futbolçunu ucadan müzakirə etməsi və təhqiramiz ifadələr işlətməsi ilə başlayıb. Bundan sonra Smolov əsəblərinə hakim ola bilməyərək fiziki qarşıdurmaya keçib.

Maraqlıdır ki, bu dava ötən ay baş versə də, hadisənin təfərrüatları yalnız indi üzə çıxıb. Zərərçəkənlər polisə şikayət etsələr də, onlara cinayət işinin başlanmasından imtina edilib. Bildirilir ki, zərərçəkənlər əvvəlcə futbolçudan 1 milyon rubl təzminat tələb ediblər, lakin sonradan bu məbləğ 3 milyona qaldırılıb. Smolov bu tələblərlə razılaşmayıb və məsələ ictimailəşib.

Hadisə, bir vaxtlar Kokorin və Mamaevin eyni məkanda başlatdığı məşhur dava ilə müqayisə olunur.

Seçilən
16
50
interpress.az

10Mənbələr