AZ

İsrail ordusu gün ərzində dəfələrlə Livanın cənubunu vurub

Livan mediası İsrailə məxsus pilotsuz uçuş aparatlarının (PUA) bu gün səhər saatlarından etibarən Bin Cəbeil bölgəsində dördüncü hava hücumunu həyata keçirdiyini yazır.

KONKRET.az xəbər verir ki, zərbələr əsasən avtomobillərə endirilib. Qeyri-rəsmi məlumatlara görə, yaralananlar var.

İsrail Müdafiə Ordusu (CAXAL) hava zərbələrini təsdiqləyib. Ordunun mətbuat xidməti açıqlamasında bildirib ki, bu gün daha əvvəl Livanın cənubundakı Eynata bölgəsində “Rədvan” qüvvələrinə məxsus “Hizbullah” terrorçusu hava zərbəsi ilə məhv edilib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
11
37
konkret.az

10Mənbələr