AZ

Dağıstanda işdən çıxarılan dövlət katibinin qohumu saxlanılıb

Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Musavat.com TASS-a istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndələri məlumat yayıb.

Məmur dələduzluq işi üzrə aparılan istintaq çərçivəsində saxlanılıb.

Bildirilir ki, Əmirəliyev Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedovun qohumudur, o da ötən həftə saxlanılıb, bundan sonra işdən çıxarılıb.

Musavat.com

 

Seçilən
0
15
musavat.com

10Mənbələr