Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyev saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə TASS Rusiya təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, Mahmud Əmirəliyev bir neçə gün əvvəl saxlanılan Dağıstan Respublikasının dövlət katibi Maqomedsultan Maqomedovun yaxın qohumudur.
Xatırladaq ki, Maqomedsultan Maqomedov iyunun 25-də Rusiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılmışdı. O, dövlət əmlakını qanunsuz özəlləşdirmə faktı əsasında saxlanılıb. M.Maqomedov 2021-ci ildə Dağıstanın dövlət katibi vəzifəsində işləyirdi.