Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.
Kult.az xəbər verir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva Feysbuk hesabında yazıb.
"Albina Pyakşeva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda bildirilib.
Qeyd edək ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib.