AZ

Məktəb direktoru faciəvi şəkildə vəfat etdi

Naxçıvanda məktəb direktoru faciəvi şəkildə ölüb.

AzPost APA-ya istinadən xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib.

Bu gün səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Təcili-tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

AzPost.az

Seçilən
9
39
azpost.info

10Mənbələr