AZ

Tanınmış iş adamı pəncərədən yıxılaraq öldü

Rusiyanın "Transneft" neft kəməri operatorunun vitse-prezidenti Andrey Bədəlovun pəncərədən yıxılaraq həyatını itirdiyi bildirilir.


Manset.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xəbər agentliyinin təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, Bədəlovun cəsədi bu gün səhər saatlarında Moskva şəhərində yaşadığı binanın qarşısında aşkar olunub.

İlkin ehtimallara görə, hadisə onun pəncərədən yıxılması nəticəsində baş verib. Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir və Bədəlovun intihar etməsi ehtimalı da istintaq tərəfindən nəzərdən keçirilir.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

Seçilən
8
50
manset.az

10Mənbələr