AZ

Yayda ölüm səbəb- Suda boğulma hallarına qarşı xəbərdarlıq

BAKI, TurkicWorld

Türkiyədə hər yay minlərlə insan boğulma səbəbilə həyatını itirir.

TurkicWorld xəbər verir ki, yay mövsümünün başlaması ilə Türkiyədə suda boğulma hallarının sayı artmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada hər il 230 min insan boğularaq həyatını itirir. Türkiyədə isə bu rəqəm ildə 600 ilə 1000 nəfər arasında dəyişir. Ən çox risk altında olan yaş qrupu isə 1-24 yaş arası insanlardır.

Karadeniz Texniki Universitetinin (KTÜ) Farabi Xəstəxanasının mütəxəssisi Olcay Ayçiçek bildirib ki, boğulma halları əsasən yay və bayram günlərində qeydə alınır. Onun sözlərinə görə, boğulma – oksigen çatışmazlığı ilə nəticələnən və bəzən qalıcı beyin və ya sinir sistemi zədələrinə səbəb olan təhlükəli haldır.

Ayçiçek həm qısa, həm də uzunmüddətli nəticələrə diqqət çəkərək bildirib ki:

Hipoksi (nəfəs çatışmazlığı) nəticəsində beyin cəmi 4-6 dəqiqə içində zədələnə bilər,
Huşun itirilməsi və ya ürək dayanması boğulma hadisəsinin ani nəticələri arasındadır,
Beyin və sinir zədələri, yaddaş və nitq pozğunluğu, hidrofobiya və travma sonrası stress isə uzunmüddətli fəsadlar kimi müşahidə olunur.

Boğulma zamanı ilk yardımın düzgün aparılmasının həyati əhəmiyyət daşıdığını vurğulayan Ayçiçek vətəndaşlara aşağıdakı təlimatları verir:

Öz təhlükəsizliyinizi təmin etmədən suya girməyin,
Boğulan şəxs sahilə çıxarıldıqdan sonra dərhal 112 çağırılmalıdır,
Xəstə nəfəs almırsa və şüursuz vəziyyətdədirsə, təlim keçmiş şəxslər tərəfindən süni tənəffüs və ürək masajı tətbiq olunmalıdır,
Başını yana çevirmək tövsiyə olunur, boğulanı zorla qusdurmağa çalışmaq olmaz.

Qeyd edək ki, Türkiyədə hər yay onlarla uşaq və gənc təhlükəsiz olmayan sahələrdə çimmək səbəbilə həyatını itirir. Mütəxəssislər yalnız nəzarətli və təhlükəsizlik tədbirləri görülmüş sahələrdə çimməyi tövsiyə edirlər.

Seçilən
6
6
turkic.world

10Mənbələr