AZ

Saniyədə 30 ağcaqanad öldürən lazer silahı hazırlandı


Çində hazırlanan “Photon Matrix” cihazı ağcaqanadları müəyyən edə, onun məsafəsini təxmin edə, sonra isə lazerlə hədəfi vura bilir.
Yeniavaz.com
“Naked Science” nəşrinə istinadla xəbər verir ki, yeni cihaz bütün bunları üç millisaniyədə yerinə yetirir.
Digər tərəfdən, yeni cihaz saniyədə 30-a qədər ağcaqanad öldürmək qabiliyyətinə malikdir.
Cihazın əsas versiyasının məhvetmə radiusu üç metrə, pro versiyasında isə bu göstərici altı metrə çatır.
Ancaq cihaz saniyədə bir metrdən yüksək sürətlə uçan həşəratları aşkar edə bilmir. Buna görə də milçək kimi zərərvericilərə qarşı istifadə üçün uyğun deyil.
Cihaz şəbəkədən və ya batareyadan qidalanır. Yükləmə seçdiyiniz modeldən asılı olaraq 8 və ya 16 saat davam edir.
Seçilən
7
3
yeniavaz.com

10Mənbələr