AZ

“Liverpul” və Ronaldodan Jotanın ailəsinə böyük jest

“Liverpul” avtomobil qəzasında həlak olan futbolçu Dioqu Jotanın müqaviləyə əsasən almalı olduğu məbləği ailəsinə ödəyəcək.

Apasport.az xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi müqavilənin qalan iki ili üçün nəzərdə tutulan məbləği hücumçunun ailəsinə təqdim edəcək.

Bundan əlavə, Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduzu Kriştianu Ronaldo da Jotanın 3 övladının 18 yaşınadək bütün maddi məsuliyyətini öz üzərinə götürüb.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü Dioqu Jota iyulun 3-də qardaşı Andre Silva ilə birlikdə baş vermiş avtomobil qəzasında dünyasını dəyişib.

“Empoli”dən “Torino”ya - Rəsmi

"Qalatasaray"da ayrılıq

Məhkumlar arasında badminton yarışı keçirilib

"Arsenal" onunla razılığa gəlib

"Fənərbaxça"dan Maximinə cavab: "Hüquqi addımlar atacağıq"

Seçilən
14
34
apasport.az

10Mənbələr