Tanınmış amerikalı iqtisadçı və Kolumbiya Universitetinin professoru Ceffri Saks COVID-19 pandemiyasının mənşəyi ilə bağlı apardığı dörd illik araşdırmanın nəticələrini açıqlayıb.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, COVID-19 virusu təbii yolla deyil, laboratoriya şəraitində yaradılıb və bu prosesin əsas iştirakçısı ABŞ olub. Saks iddia edir ki, virus yüksək ehtimalla Şimali Karolina Universitetində hazırlanıb və daha sonra Çinin Uhan şəhərinə göndərilərək orada test olunub. Bu mərhələdə virusun təsadüfən yayılması nəticəsində pandemiya başlayıb.
Ceffri Saksın açıqlamasında qeyd olunur ki, həmin araşdırmalar ABŞ-ın məşhur immunoloqu doktor Antoni Fauçinin rəhbərliyi altında maliyyələşdirilib. 2019-cu ilə aid olan və indiyədək ictimaiyyətə açıqlanmayan elektron yazışmalar da ABŞ-ın məsuliyyətini göstərən əsas sübutlardan biri kimi təqdim olunur.
Bundan əlavə, Saks Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) virusun laboratoriya mənşəli olduğunu qəbul etdiyini, lakin ictimaiyyətə bu barədə məlumat verməyərək məsuliyyəti yanlış şəkildə Çinin üzərinə atdığını iddia edib.
Natiq Səlim,
KONKRET.az