AZ

Pakistanda çoxmərtəbəli bina çökdü: 16 ölü, onlarla yaralı (FOTOLAR, VİDEO)

Pakistanın Kəraçi şəhərində altımərtəbəli yaşayış binası çöküb. Yerli KİV-lərin məlumatına görə, hadisə nəticəsində azı 16 nəfər həyatını itirib, 13 nəfər isə xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə zamanı binada olan bir neçə nəfərin – ilkin ehtimallara görə, səkkiz nəfərin hələ də dağıntılar altında qaldığı güman edilir. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Lakin dar küçələr və sıx məhəllə şəraiti ağır texnikanın işini çətinləşdirir.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
11
22
konkret.az

10Mənbələr