AZ

Rusiya Ermənistandakı hərbi mövcudluğunu genişləndirir: Azərbaycanla münasibətlərin gərginləşməsi… Ukrayna kəşfiyyatından ŞOK KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) yaydığı məlumata görə, Kreml Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasını sürətlə tam komplektləşdirməyə başlayıb.

KONKRET.az xəbər verir ki, bu addımın məqsədi Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqi gücləndirməkdir.

Ukrayna kəşfiyyatının məlumatına əsasən, bazaya şəxsi heyət əsasən Rusiyanın Rostov və Volqoqrad vilayətlərindən, eləcə də Krım yarımadasından cəlb olunur. Bundan əlavə, Şimali Qafqaz xalqları arasında – xüsusilə Şimali Osetiya və Adıgey bölgələrində – könüllülər axtarışı da aktiv şəkildə aparılır.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
50
konkret.az

10Mənbələr