AZ

Ağcaqanad öldürən portativ lazer DÜZƏLDİLDİ

"Indiegogo" platformasında uçuş zamanı ağcaqanadları izləyə və məhv etməyə qadir olan "Photon Matrix" lazer sistemi üçün vəsaitlərin toplanması kampaniyasına start verilib.

News24.az bu barədə Oxu.az saytına istinadla xəbər verir.

Cihaz bezdirici həşəratları aşkar etmək üçün "LiDAR" moduluna əsaslanır. "Photon Matrix" onların yerini, istiqamətini və ölçüsünü cəmi üç millisaniyə ərzində təsbit edir, bundan sonra ikinci lazer işə salınaraq, ağcaqanadlar dərhal məhv edir.

Əsas model üç metr radiusda işləyir, Pro versiyasında isə məhvetmə zonası altı metrə qədər artırılıb.

Hər iki modifikasiya saniyədə 30-a qədər ağcaqanad məhv etməyə qadirdir və hətta tam qaranlıqda da işləyir.

Cihaz şəbəkədən və ya batareyadan qidalanır. "Photon Matrix"in qiymətləri əsas versiya üçün 468 dollardan başlayır və Pro modeli üçün 629 dollara qədər yüksəlir.


Seçilən
7
32
news24.az

10Mənbələr