AZ

ABŞ-nin Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarına ölkəni tərk etməyə çağırdığı barədə iddiaları təkzib edib

BAKI, TurkicWorld

ABŞ-nin Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarının guya dərhal ölkəni tərk etməyə çağırıldığına dair yayılan xəbərləri yalan adlandırıb.

TurkicWorld-un məlumatına görə, bu barədə səfirliyin yaydığı rəsmi bəyanatda qeyd olunub.

“Siz dezinformasiya saytları tərəfindən yayılan saxta 'təcili mesaj'ı görmüş ola bilərsiniz. Bu məlumatın yalan olduğu açıq-aydındır. Bununla belə, bu cür nəşrlər dezinformasiyanı müəyyən etmək baxımından mühüm dərsdir”, – deyə bəyanatda bildirilib.

Diplomatik nümayəndəlik vurğulayıb ki, dəqiq və etibarlı məlumat əldə etmək üçün yalnız rəsmi mənbələrə müraciət edilməlidir: “Əgər vacib mesajlar olarsa, bu mənbələr mütəmadi olaraq yenilənir”.

Səfirlik həmçinin əlavə edib ki, hazırda ABŞ vətəndaşları üçün Azərbaycana səyahət tövsiyəsi 2-ci səviyyədədir ki, bu da İtaliya və İspaniya kimi ölkələr üçün verilən tövsiyələrə uyğundur.

Seçilən
3
10
turkic.world

10Mənbələr