AZ

ABŞ Səfirliyi bu məlumatı təkzib etdi

ABŞ-nin Azərbaycandakı səfirliyi Amerika vətəndaşlarının guya dərhal ölkəni tərk etməyə çağırıldığına dair yayılan xəbərləri yalan adlandırıb.Metbuat.az xəbər verir bu barədə səfirliyin yaydığı rəsmi bəyanatda qeyd olunub. “Siz dezinformasiya saytları tərəfindən yayılan saxta 'təcili mesaj'ı görmüş ola bilərsiniz. Bu məlumatın yalan olduğu açıq-aydındır. Bununla belə, bu cür nəşrlər dezinformasiyanı müəyyən etmək baxımından mühüm dərsdir”, – deyə bəyanatda bildirilib.Diplomatik nümayəndəlik vurğulayıb ki, dəqiq və etibarlı məlumat əldə etmək üçün yalnız rəsmi mənbələrə müraciət edilməlidir: “Əgər vacib mesajlar olarsa, bu mənbələr mütəmadi olaraq yenilənir”.

Səfirlik həmçinin əlavə edib ki, hazırda ABŞ vətəndaşları üçün Azərbaycana səyahət tövsiyəsi 2-ci səviyyədədir ki, bu da İtaliya və İspaniya kimi ölkələr üçün verilən tövsiyələrə uyğundur.

Seçilən
5
20
metbuat.az

10Mənbələr