AZ

Avronun bahalaşması Azərbaycana necə təsir edir?

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.

Manat dollar qarşısında stabilliyini mütəmadi qoruya bilsə də, avroda bu mümkün olmadı. Bu da xüsusilə avrozonadan idxala təsir etdi.

Modern.az-ın məlumatına görə, iqtisadçı-ekspert Xalid Kərimli "Xəzər TV"yə bildirib ki, manatın avro qarşısında dəyər itirməsi bu ilin yanvar ayından başlayıb. Bu səbəbdən də həm Avropadan idxal olunan, həm də avro ilə alınan məhsulların qiymətində artım müşahidə olunur. Ərzaq məhsullarında bu artım son 6 ayda 2-3 faiz aralığındadır. 

Xalid Kərimli bildirib ki, qiymət artımı daha çox Avropadan idxal olunan avtomobil ehtiyat hissələrində özünü göstərir.

Onun sözlərinə görə, avronun indiki qiyməti Mərkəzi Bankın illik 6 faiz inflyasiya hədəfindən çoxdur. Avronun dəyər qazanması davam edərsə, sözegdən idxal məhsullarının qiyməti daha da arta bilər.

 

Seçilən
5
17
modern.az

10Mənbələr