AZ

Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub Dünya Kuboku

ain.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycanın daha bir boksçusu Məhəmmədəli Qasımzadə (60 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokununun yarımfinal mərhələsində məğlub olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, bu raundda braziliyalı Luis Qabriel du Nasimentoya uduzduğu üçün bürünc medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Sübhan Mamedov (50 kq) da yarımfinalda uduzaraq bürünc mükafat əldə edib. 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya Kubokunda yarımfinal döyüşləri davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
20
sia.az

10Mənbələr