Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya kubokunda yarımfinal döyüşləri başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə 3 boksçusu mübarizə aparıb.
Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbayla (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel do Naskimento (Braziliya) ilə və Məhəmməd Abdullayev (+90 kq) Aybek Oralbayla (Qazaxıstan) üz-üzə gəlib. Rəqiblər finala yüksəldiklərindən təmsilçilərimiz bürünc medala yiyələniblər.
Qeyd edək ki, sabah yekunlaşacaq Dünya kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.
Millimiz Özbəkistanda təlim-məşq toplanışına start verib
Boksçumuz Dünya Kubokunun yarımfinalında
Boksçularımız Dünya kubokunun 1/4 finalında - FOTO
Boksçumuz Gürcüstanda gümüş medal qazanıb
Mirzəyevdən texniki nokaut