AZ

Avstriyada kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub

İyulun 5-də Münxen yaxınlığından havaya qalxan kiçikmühərrikli təyyarə Avstriyanın Zalsburq əyalətinin Pintsqau rayonunda qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, meşə ərazisinə düşərək yanan təyyarənin göyərtəsindəki dörd nəfərin hamısı qəza nəticəsində həlak olub. Ərazinin mürəkkəb dağlıq relyefi xilasedicilərin qəza yerinə çatmasını çətinləşdirib və yanğın qismən meşə ərazisinə keçib.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır və həlak olanların identifikasiyası aparılır.

Seçilən
25
24
ikisahil.az

10Mənbələr