AZ

ABŞ Sudandan olan miqrantları deportasiya etdi

BAKI, 6 iyul. TELEQRAF

ABŞ Daxili Təhlükəsizlik Departamenti şənbə günü keçmiş Prezident Donald Tramp administrasiyasının immiqrasiya planı çərçivəsində Cənubi Sudandan olan miqrantlrın deportasiya edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Cənubi Sudanın Cüba hava limanında çalışan iki məmur deportasiya edilənləri daşıyan təyyarənin şənbə günü ölkəyə gəldiyini təsdiqləyib.

Qeyd olunur ki, ABŞ rəsmiləri Cənubi Sudandakı hava limanında miqrantların qəbulu üçün hazır vəziyyətdə olublar.

Məlumata görə, bu hadisə Tramp administrasiyasının təhlükəli hesab olunan üçüncü ölkələrə miqrantların yüksək profilli deportasiyası yolu ilə immiqrasiyanı məhdudlaşdırmaq siyasətinin qanuniliyinə dair mübahisələrin mərkəzinə çevrilib.

Qeyd edək ki, Cənubi Sudan həm beynəlxalq təşkilatlar, həm də ABŞ Dövlət Departamenti tərəfindən vətəndaşlar üçün yüksək riskli bölgə hesab edilir. ABŞ vətəndaşlarına ölkəyə səfər etməmək tövsiyə olunur, səbəb kimi isə zorakı cinayətlər və silahlı münaqişələr göstərilir.

Seçilən
9
19
teleqraf.com

10Mənbələr