Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ administrasiyası Quantanamo hərbi-dəniz bazasından 26 ölkənin vətəndaşı üçün həbsxana kimi istifadə edir.
“Report” xəbər verir ki, bu barədə "CBS" telekanalı ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, bazada demək olar ki, bütün qitələrdən məhbuslar var. Miqrantlar arasında Braziliya, Çin, Kolumbiya, Dominikan Respublikası, El Salvador, Efiopiya, Qvatemala, Haiti, Honduras, Hindistan, Yamayka, Keniya, Liberiya, Marşal adaları, Mikroneziya, Myanma, Nikaraqua, Rusiya, Rumıniya, Nigeriya, Nikaraqua, Böyük Britaniya, Venesuela, Vyetnam və digər ölkələrdən vətəndaşlar var.
Ümumilikdə Quantanamoda 72 xarici vətəndaş saxlanılır. Onlar qətl, cinsi zorakılıq, uşaq pornoqrafiyası, narkotik qaçaqmalçılığı, adam oğurluğu və s. cinayətlərdə ittiham edilir. Nəşrin məlumatına görə, 58 miqrant yüksək riskli qrup kimi təsnif edilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.