BAKI, 6 iyul. TELEQRAF
Çitada “An-2” təyyarəsinin sərt eniş etməsi nəticəsində 8 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Zabaykalye diyarının səhiyyə naziri Oksana Nemakina məlumat yayıb.
"Xəsarət alanların Diyar Klinik Xəstəxanasına aparılır", - o bildirib.
Qeyd edək ki, təyyarənin göyərtəsində 10 paraşütçü və 1 ekipajüzvü olub.