“An-2” təyyarəsi mühərrik nasazlığına görə iyulun 6-da Zabaykalsk diyarının Çita vilayətində sərt eniş edib.
Publika.az xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Şahidlərin sözlərinə görə, təyyarənin mühərriki uçuş zamanı dayanıb, lakin pilot yenə də onu SNT Topoqraf yaxınlığında endirməyə nail olub.
Xoşbəxtlikdən təyyarə eniş zamanı alovlanmayıb.
"Ümumilikdə on nəfər xəsarət alıb. Onlardan ikisi ağır, səkkizi isə orta ağır yaralanıb", - regional səhiyyə nazirliyi bildirib. “