AZ

Rusiyada “An-2” təyyarəsi sərt eniş etdi, xəsarət alanlar var

Çitada (Rusiya Federasiyasının Zabaykal diyarı) “An-2” təyyarəsinin sərt eniş etməsi nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Viral.az-ın xəbərinə görə, bu barədə TASS-a regionun səhiyyə naziri Oksana Nemakina məlumat verib.

Xəsarət alanlar Diyarın Klinik Xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, digər 8 nəfərin vəziyyəti orta ağırdır.

Son Yazılar:

Nazir əlavə edib ki, həkimlər yaxın bir neçə saat ərzində bütün yaralıları müayinə edəcəklər.

Fövqəladə Hallar Nazirliyinin Zabaykal diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti bundan əvvəl An-2 təyyarəsinin Çita rayonunda sərt eniş etdiyini bildirib. Yüngül mühərrikli DOSAAF təyyarəsi havaya qalxdıqdan 16 dəqiqə sonra yerə enib. Təyyarədə 10 paraşütçü və 1 ekipaj üzvü olub.

Seçilən
16
37
viral.az

10Mənbələr