Çitada (Rusiya Federasiyasının Zabaykal diyarı) “An-2” təyyarəsinin sərt eniş etməsi nəticəsində 10 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Bu barədə TASS-a regionun səhiyyə naziri Oksana Nemakina məlumat verib.
Xəsarət alanlar Diyarın Klinik Xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, digər 8 nəfərin vəziyyəti orta ağırdır.
Nazir əlavə edib ki, həkimlər yaxın bir neçə saat ərzində bütün yaralıları müayinə edəcəklər.