AZ

Keniyalı atletlərin yeni dünya rekordları

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-də keçirilən Brilyant Liqa mərhələsində yeni rekordlar qeydə alınıb.

İdman.biz xəbər verir ki, keniyalı Faith Kipyeqon qadınlar arasında 1500 metr məsafəyə qaçışda 3.48,68 nəticə ilə öz dünya rekordunu yeniləyib.

31 yaşlı idmançının əvvəlki yüksək göstəricisi (3.49,04) Paris-2024-də qeydə alınmışdı. Kipyeqon 1500 metr məsafəyə qaçışda son üç Olimpiadanın qalibidir.

Digər keniyalı qaçışçı Beatris Çebet isə qadınlar arasında 5000 metr məsafəyə qaçışda dünya rekordu müəyyənləşdirib. 25 yaşlı atlet 13.58,06 nəticə göstərib. Bundan əvvəl rekord efiopiyalı Qudaf Tseqaya məxsus idi (2023-cü ildə 14.00,21).

Qeyd edək ki, Çebet Paris Olimpiadasında 5000 və 10000 metr məsafələrə qaçışda birinci yeri tutaraq iki qızıl medal qazanıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
8
icma.az

10Mənbələr