AZ

Yeni dünya rekordu müəyyənləşdirdi

Keniyalı atlet Beatris Çebet 5000 metr qaçışında yeni dünya rekordu müəyyənləşdirib. SİA xəbər verir ki, 25 yaşlı idmançı bu nailiyyətə ABŞ-nin Oreqon ştatının Yucin şəhərində keçirilən Brilyant Liqası mərhələsində imza atıb. O, məsafəni 13 dəqiqə 58,06 saniyəyə qət edib. Əvvəlki rekord 2023-cü ilin sentyabrında 14:00,21 nəticə ilə bu məsafəni qət edən Efiopiyalı Qudaf Tseqaya məxsus idi.

Qeyd edək ki, Çebet 2024-cü il Yay Olimpiya Oyunlarında həm 5000, həm də 10 000 metr məsafələrdə qızıl medal qazanıb, 2022 və 2023-cü il dünya çempionatlarında isə mükafatçılar sırasına düşmüşdü. O, 2022-ci ildə Millətlər Birliyi Oyunlarının da qalibi olub.

Seçilən
0
7
sia.az

10Mənbələr