AZ

İsrailin Qəzzaya hücumları nəticəsində daha 12 nəfər həlak olub

İsrail ordusu Qəzza şəhərinin şimalında yerləşən Şeyx Rıdvan məhəlləsini bombalayıb, nəticədə azı 12 fələstinli həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Hücum nəticəsində bir neçə nəfər yaralanıb. Bombalanan evin məcburi köçkünlər üçün sığınacaq olduğu bildirilir. Hazırda bir çox insanın itkin düşdüyü qeyd olunur.

Qəzzanın Tuffah məhəlləsində İsrailin həyata keçirdiyi başqa bir hücum zamanı daha üç fələstinli həlak olub.

Qəzzanın cənubunda yerləşən Xan Yunis şəhərinin əl-Məvasi ərazisində, məcburi köçkünlərin yaşadığı çadıra pilotsuz uçuş aparatı ilə edilən hücum nəticəsində isə iki nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Seçilən
26
50
operativmedia.az

10Mənbələr