Bu yay «Qəbələ»dən ayrıların sayı 8-ə çatıb.
Premyer Liqaya I Liqanın çempionu kimi dönən «qırmızı-qaralar» indi də Abdulla Şuaybu ilə vidalaşıb.
Ötən mövsüm komandaya qoşulan və aşağı liqada 4 qol vuran nigeriyalı hücumçu 2026-cı ilin yayında başa çatmalı olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Afrikalı forvard «Qəbələ»də 2000 dollar əməkhaqqı alırdı. Əgər yeni mövsümü də burada keçirsəydi, məvacibi 5000 dollar olacaqdı.
Di gəl, baş məşqçi Kaxaber Sxadadze onun builki çıxışından narazı qalıb və bir daha əsas heyətdə şans tanımayacağını özünə bildirib. Ayrılığın tək səbəbi budur.
Əyalət təmsilçisi nigeriyalıdan öncə Emil Süleymanov, Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçin və Elvin Yunuszadə ilə vidalaşıb.
SPORTİNFO.AZ