«Karvan» sıralarına yeni oyunçu qatıb.
«Araz-Naxçıvan»dan ayrılan Vadim Abdullayev karyerasını Yevlax təmsilçisində davam etdirəcək.
Muxtar Respublika təmsilçisinin sabiq kapitanı yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
16 ildən sonra Premyer Liqaya qayıtmış aranlılar adını çəkdiyimiz yarımmüdafiəçidən öncə 3 transfer çalışmasını reallaşdırıb.
«Turan Tovuz»dan Eltun Turabov, «Səbail»dən Süleyman Əhmədov və «Şamaxı»dan Vüsal Məsimovu rənglərinə bağlayıb.
SPORTİNFO.AZ