AZ

Azərbaycanda baş məşqçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildi

Füzuli Məmmədov baş məşqçisi olduğu I Liqa təmsilçisi "Mingəçevir"dən ayrılıb.

Sportinfo.az xəbər verir ki, onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, sözügedən çalışdırıcı bu ilin yanvarından "şəhərlilər"in "sükanı arxası"nda idi.

Komandanı 6 xalla autsayder mövqeyində qəbul edən Məmmədovun rəhbərliyi altında adından söz etdirən "Mingəçevir" mövsümün ikinci yarısında 29 xal toplayaraq yekunda 4-cü olub.

Aran təmsilçisi 1-ci Liqadakı mübarizəni uyğun olaraq 2-ci və 3-cü yerləri tutaraq elitaya vəsiqəni təmin etmiş "İmişli" və "Karvan"a qarşı sərgilədiyi performansla da diqqət mərkəzinə düşüb.

Səfərdə məğlub edilən "İmişli" Mingəçevirdə heç-heçəyə nail olubsa, sözügedən kollektiv səfərdə "Karvan"dan 1, evdə 3 xal alıb.

Seçilən
7
50
sportinfo.az

10Mənbələr