AZ

Messi dubl etdi, komandası qələbə qazandı - VİDEO

ABŞ-da MLS-in (Major League Soccer) növbəti turu çərçivəsində "Monreal" - "İnter Mayami" matçı keçirilib.

Bizim.Media xəbər verir ki, qarşılaşma qonaqların inamlı qələbəsi ilə yekunlaşıb - 1:4.

"İnter Mayami"nin heyətində Messi iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Argentinalı ulduzun vurduğu qollardan biri baxımlı alınıb.

Belə ki, Messi mərkəz dairədə Suaresin ötürməsini qəbul etdikdən sonra qarşısındakı bütün rəqib oyunçuları keçərək qapı torunu silkələyib.


Bizim.Media

Seçilən
1
50
bizim.media

10Mənbələr