AZ

Messi nadir nailiyyətə imza atdı

"İnter Mayami" komandasının hücumçusu Lionel Messi ABŞ-nin MLS liqasında çıxış etmiş üç futbolçunun nadir nailiyyətini təkrarlayıb...

Oxu.Az bu barədə "MLS Communications"a istinadən xəbər verir.

Belə ki, argentinalı ulduz ABŞ çempionatında ardıcıl üç oyunda ən azı iki qol vuran və bir məhsuldar ötürmə edən dördüncü oyunçu olub.

Daha əvvəl eyni nailiyyətə 1999-cu ildə amerikalı Ante Razov, 2001-ci ildə kolumbiyalı Dieqo Serna və 2012-ci ildə fransalı hücumçu Tyerri Anri imza atıblar.

Xatırladaq ki, Messi mayın 25-dən bəri keçirdiyi üç oyunda altı qol vurub və yeddi məhsuldar ötürmə edib..

Poliqon.info

 

 

Seçilən
19
17
poliqon.info

10Mənbələr