
MLS-in adi mövsüm matçında ABŞ-nin “İnter Mayami” klubu Kanadanın “Klub de Fut Monreal” komandasını qəbul edib.
Yeniavaz.com xəbər verir ki, görüş meydan sahoblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“İnter Mayami”nin 38 yaşlı argentinalı hücumçusu Lionel Messi dubla imza atıb. O, həmçinin bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Messinin komandası 17 oyundan sonra 32 xalla 9-cu yerdədir.