AZ

“Çin Rusiyadan NATO ərazisinə hücum tələb edə bilər” – Rutte


“Çin Tayvana qarşı güc tətbiq etmək qərarına gələrsə, prezident Si Cinpin özünün kiçik tərəfdaşı olan Rusiya Prezidenti Vladimir Putinə zəng edərək, ondan NATO ərazisinə hücum edərək Hind-Sakit okean regionundan avropalıların diqqətini yayındırmağı xahiş edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte “The New York Times” qəzetinə  verdiyi müsahibəsində bildirib.
Rutte qeyd edib ki, vəziyyətin belə inkişafı ehtimalı mövcuddur:
“Biz sadəlövh olmamalıyıq.  Pekin və Moskvanı çəkindirmək üçün iki əsas addım lazımdır. Bunlardan biri Qərb alyansının rusların heç vaxt hücum etməməsini təmin etmək üçün kollektiv gücüdür”.
Onun sözlərinə görə, ikinci vacib addım müdafiə sənayesi və innovasiya sahələrində Hind-Sakit okean regionu ilə birgə işləməkdir. O əlavə edib ki, ABŞ-nin hazırkı administrasiyası bu tip əməkdaşlığı fəal şəkildə dəstəkləyir:
Seçilən
0
50
yeniavaz.com

10Mənbələr