AZ

Avropada məcburi hərbi xidmətə çağırış bərpa edilir? - NATO-nun baş katibi açıqladı

BAKI, 6 iyul. TELEQRAF

Avropada orduya məcburi çağırışın tətbiqi ilə bağlı qərarı ayrı-ayrı ölkələr verməlidir.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "The New York Times" qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, bəzi ölkələr bunu həyata keçirəcək:

“Bəzi ölkələr məsələn Finlandiya artıq məcburi çağırışı tətbiq edir. Digərləri isə bu yola getməyəcək. Amma bu o deməkdir ki, biz hərbçilərimizə layiqli maaş verməli olacağıq”.

Rutte həmçinin NATO-nun əsas probleminin müasir döyüş imkanları üçün silah istehsalında sənaye gücünün çatışmazlığı olduğunu bildirib. O qeyd edib ki, Alyans hazırda bu sahədə ciddi şəkildə işləyir.

“Bizim real problemimiz odur ki, Rusiya, Şimali Koreya və ya başqa bir potensial təcavüzkarı çəkindirmək üçün lazım olan sənaye bazamız yoxdur”.

Rutte həmçinin müsahibəsində NATO-nun Estoniyaya qarşı mümkün Rusiya hücumu ilə bağlı planlara sahib olduğunu təsdiqləyib. Onun sözlərinə görə, alyansın bu istiqamətdə konkret strategiyası var:

“Bütün detallara gedə bilmərəm, çünki Vladimir Putin bu proqramlara baxır. Amma bizdə planlar var və onları həyata keçirmək üçün kifayət qədər qüvvə və texnika mövcud olmalıdır. Məhz buna görə də daha çox vəsait xərcləməliyik”.

Seçilən
2
50
teleqraf.com

10Mənbələr