AZ

Qazaxıstanlı boksçudan etiraf: “Azərbaycanlıya qalib gəlmək çətin idi”

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2023-cü ilin dünya çempionu, qazaxıstanlı boksçu Sanjar Taşkenbay etiraf edib ki, Dünya kubokunun yarımfinalında azərbaycanlı Sübxan Məmmədova qarşı döyüş onun üçün əsl sınaq olub.

İdman.biz xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə hakimlərin yekdil qərarı ilə yekunlaşsa da, finala gedən yol asan olmayıb.

Taşkenbay rəqibinin güclü olmasından bəh edib: "Belə rəqiblə döyüşmək asan deyildi - Avropa çempionu, hüdürboylu, uzun qollu. Məşqçilərin müəyyən etdiyi taktikaya ciddi əməl etməli idim. Hər şey yaxşı keçdi, amma mübarizə asan olmadı".

Qeyd edək ki, Azərbaycan boksçusu Sübxan Məmmədov Astanada keçirilən boks üzrə Dünya kubokunda bürünc medal qazanıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
10
icma.az

10Mənbələr