AZ

Azərbaycan güləşçisi Avropa çempionu olub

İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatı sona yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə ilk medalçılar müəyyənləşib.

Vasif Bağırov (57 kiloqram) finalda gürcüstanlı Nika Zanqaladzeylə gərgin mübarizə şəraitində keçən görüşdə əzmkar qələbə qazanıb. İlk hissəni 5:6 hesabıyla geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi fasilədən sonra üstünlüyünü təmin edib – 9:6. Beləliklə, ötən il U-20 Avropa çempionatında gümüş medal qazanan Vasif bu dəfə çempion olub.

Muradxan Omarov (79 kiloqram) həlledici görüşdə Gürcüstan təmsilçisiylə qarşılaşıb. Ancaq debütant komanda yoldaşından fərqli olaraq, qələbə qazana bilməyib. Şamaxı güləş məktəbinin yetirməsi Davit Çetçelaşviliylə bacarmayıb – 0:10. Nəticədə Muradxan gümüş medalı boynundan asıb.

Rəvan Musayev (97 kiloqram) təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiyə 7:0 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Maqomedqadji Maqomedova məğlub olub – 0:6.

Seçilən
19
50
yeniazerbaycan.com

10Mənbələr