Yeniazerbaycan saytından alınan məlumata görə, ain.az bildirir.
İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, Lombardiya regionunda havanın temperaturu kəskin enib, pis hava şəraiti və leysan yağışları bir neçə şəhərdə daşqınlara səbəb olub. Milan, Monza, Brianza, Komo, Varese, Berqamo və Sremonada evləri, küçələri, iş yerlərini su basıb. İnsanlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar. Güclü külək ağacları yollara aşırıb və bu, nəqliyyatın hərəkətinə mənfi təsir edib.
“Orio al Serio” hava limanında 13 reys digər hava limanlarına yönləndirilib. Evlərdə köməksiz vəziyyətdə qalan 15 nəfər təxliyə edilib. Mülki müdafiə qüvvələri ümumilikdə 160-dan çox xilasetmə əməliyyatı yerinə yetirib.
Regionda iyulun 6-da qasırğa riski ilə əlaqədar narıncı xəbərdarlıq elan olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.