AZ

Pomidor alarkən diqqətli olun - Bu əlamətlər varsa...

Salatdan souslara, səhər yeməyindən tutmuş əsas yeməklərə qədər hər yeməkdə özünə yer tapan bu qırmızı tərəvəz həm də sağlam qidalanmanın simvollarından biridir.

Medicina.az xəbər verir ki, pomidor seçərkən tez-tez diqqətdən kənarda qalan bəzi əlamətlər, pomidorun zərərli olduğuna işarədir.


Mütəxəssislərin fikrincə, kub şəklində qara ləkələri, kif izləri və ya dərin çatları olan pomidorlar yeyilməməlidir.

Çünki belə əlamətlər pomidorun içərisində çürüməyə başladığından və ya zərərli mikroorqanizmlərin olduğundan xəbər verir.

Ona görə də pomidorun kənarında yumşaq, batmış yerlər varsa, bu o pomidorları almamağınıza işarədir. Eyni zamanda gövdə ətrafında yaşıl və ya qara xallı sərtlik varsa, bu həm də onların yetişmədiyinin və çöl xəstəliklərinin olmasının göstəricisidir.

Pomidor alarkən diqqət edəcəyiniz bu detallar ən sağlam olanı almanıza kömək edəcək.
Seçilən
3
50
sherg.az

10Mənbələr