AZ

AFFA bu stadionu ələ keçirir İşlər sürətləndirildi

Idmanxeber.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

AFFA Qazax şəhər stadionunu icarəyə götürərək əsaslı təmir etməyi planlaşdırır

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Qazax şəhər stadionunun vəziyyəti ilə bağlı yerində baxış keçirib. Federasiya nümayəndələri stadionun infrastrukturu ilə yaxından tanış olub və mövcud vəziyyəti dəyərləndiriblər.

İdmanxeber.az-a verilən məlumata görə, Görüş zamanı stadionun uzunmüddətli icarəyə götürülməsi və genişmiqyaslı yenidənqurma işlərinin aparılması məsələsi gündəmə gəlib. AFFA-nın planına görə, stadion müasir standartlara uyğun şəkildə təmir ediləcək, azarkeşlər üçün rahat şərait yaradılacaq və bölgədə futbolun inkişafı üçün əhəmiyyətli bir idman infrastrukturu formalaşdırılacaq.

Layihə çərçivəsində meydançanın örtüyünün yenilənməsi, tribuna və soyunub-geyinmə otaqlarının təmiri, həmçinin işıqlandırma və təhlükəsizlik sistemlərinin quraşdırılması nəzərdə tutulur.

Fərid Nəsibov 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
46
idmanxeber.az

10Mənbələr