Türkiyədə şir zooparkdan qaçaraq bir nəfəri ağır yaralayıb.
Bizim.Media bu barədə DHA agentliyinə istinadən xəbər verir.
Hadisə Antalya vilayətinin Manavqat rayonunda baş verib. Təhlükəsizlik qüvvələri şiri tapmaq üçün ərazidə genişmiqyaslı əməliyata başlayıb.
Bildirilir ki, "Zeus" adlı şir qəfəsdən çıxaraq, ərazidən 1 km uzaqlaşıb və ağacları sulayan 53 yaşlı Süleyman Kır adlı şəxsə hücum edib. O, xəstəxanaya yerləşdirilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta