
Natiq Cəfərli atasının dünyasını dəyişməsi barədə yayılan məlumatı təkzib edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında yazıb.
“Dostlar, narahatlığınızı anlayıram, yüzlərlə zəng-mesaj yazırsınız, təşəkkür edirəm, amma cavab verməyə halım yoxdur. Atam komadadır, biz ancaq dua edirik indi”, - N. Cəfərli bildirib.
***11:46
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərliyə ağır itki üz verib.
Yeniavaz.com “Operativ Media”ya istinadla xəbər verir ki, siyasətçinin atası Gürcüstanda yerləşdirildiyi xəstəxanada vəfat edib.