Rusiyanın məşhur "Dom-2" realiti şousunun keçmiş iştirakçısı Aleksandr Qobozov mağazadan məhsul oğurlamaqda ittiham olunur.
BAKU.WS xəbər verir ki, bu barədə Mash Teleqram kanalı məlumat yayıb.
İddialara görə, Qobozov həyat yoldaşı Svetlana ilə birlikdə Moskva yaxınlığındakı Pavlovski Posad şəhərindəki mağazalardan birində alış-veriş edərkən öz-özünə xidmət kassasında bəzi məhsulları, o cümlədən yoqurt və şokoladı ödəməyib. Mağaza əməkdaşları onların bunu bir neçə dəfə etdiyini deyir və bu hadisələr təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Mühafizəçilər cütlükdən torbalarını açmalarını və ödənilməmiş məhsulları ödəmələrini tələb ediblər. Lakin Qobozovlar ittihamı qəbul etməyib və kassirləri böhtan atmaqda ittiham edərək polisə şikayət ediblər.
Xatırladaq ki, 2024-cü ilin fevralında Qobozov 1,5 il azadlıqdan məhrum edilib. O, "quldurluq" maddəsi ilə ittiham olunmuşdu. Həmin vaxt o, ev dustaqlığında idi. Onun vəkili bildirib ki, Qobozov kimliyi bilinməyən bir şəxsdən təhdid və təzyiqlərə məruz qalıb. Bu şəxs onun yaxınlarına zərər verməklə hədələyib və pul tələb edib. Qobozov vasitəçidən həmin şəxsin əlaqələrini istədikdə, qadın imtina edib. Nəticədə, o, qadını döyüb.
Hazırda məsələ ilə bağlı istintaq davam edir.